Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2007-Cİ İL İYUNUN 12-DƏ YERUSƏLİM ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT NAZİRİ VƏ İSRAİL DÖVLƏTİNİN NƏQLİYYAT VƏ YOL TƏHLÜKƏSİZLİYİ NAZİRİ ARASINDA NƏQLİYYAT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ”NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2007-ci il iyunun 12-də Yerusəlim şəhərində imzalanmış “Azərbaycan Respublikasının nəqliyyat naziri və İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannamə” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Birgə Bəyannamənin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin