Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2009-CU İL İYUNUN 8-DƏ BERLİN ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ VƏ ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL DAXİLİ İŞLƏR NAZİRLİYİ ARASINDA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIĞA VƏ QARŞILIQLI YARDIMA DAİR BİRGƏ NİYYƏT BƏYANNAMƏSİ”NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2009-cu il iyunun 8-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair Birgə Niyyət Bəyannaməsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin