Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2009-CU İL FEVRALIN 19-DA BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ “AZƏRBAYCAN RESPUBLİKASI VƏ İRAN İSLAM RESPUBLİKASI ARASINDA İQTİSADİ, TİCARƏT VƏ HUMANİTAR SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ DÖVLƏTLƏRARASI MÜŞTƏRƏK KOMİSSİYANIN 7-Cİ İCLASININ NƏTİCƏLƏRİ BARƏDƏ MEMORANDUM”UN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2009-cu il fevralın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 7-ci iclasının nəticələri barədə Memorandum” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin