Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2009-cu il oktyabrın 9-da Kişineu şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnamə barədə Qərar”ın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2009-cu il oktyabrın 9-da Kişineu şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanları haqqında Ümumi Əsasnamə barədə Qərar” (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin