REGİONLAR
2010-cu ildə Ağdamda bol məhsul tədarük edilmişdir
Ağdam, 26 yanvar (AZƏRTAC). Ağdam rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə 2010-cu ildə uğurlu nəticələr əldə edilmişdir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən il torpaq mülkiyyətçiləri 16 min 440 hektarda buğda, 2.286 hektarda arpa, 398 hektarda qarğıdalı, 97 hektarda pambıq, 68 hektarda şəkər çuğunduru, 45 hektarda günəbaxan, 393 hektarda kartof, 2.265 hektarda tərəvəz, 126 hektarda yem çuğunduru, 337 hektarda silos, 515 hektarda meyvə, 230 hektarda bostan bitkiləri becərmiş, bol məhsul əldə etmişlər. Təsərrüfatlarda 33 min 189 ton buğda, 5.749 ton arpa, 2.765 ton qarğıdalı, 98 ton pambıq, 1.252 ton şəkər çuğunduru, 88 ton günəbaxan, 6.425 ton kartof, 41 min 735 ton tərəvəz, 2.916 ton yem çuğunduru, 8.510 ton silos, 2.498 ton meyvə, 350 ton üzüm, 4.668 ton bostan məhsulları istehsal olunmuşdur.