Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Saziş üzrə məsul orqanların müəyyən edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 605-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin 9-cu maddəsinin 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin icrasına məsul olan dövlət orqanlarını bir ay müddətində müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin