Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 37 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 95 saylı Tərtər seçki dairəsindən Mamırlı bələdiyyəsi üzrə qeydə alınmış namizəd Salahov Şakir Şahsuvar oğlu 2014-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 22 saylı seçki məntəqəsində seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları” haqqında Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 95 saylı Tərtər seçki dairəsindən Mamırlı bələdiyyəsi üzrə qeydə alınmış namizəd Salahov Şakir Şahsuvar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli, 37 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                    Məzahir Pənahov

Katib                                                   Arifə Muxtarova

Katib                                                   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin