Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Yusubov Fazil Feyzi oğlu

Atamov Barat Fərman oğlu

İsgəndərova Bahar Məhəmməd qızı

Yusifova Fəridə Feyzi qızı

Əmirov Gülbəy Sədir oğlu

Abbasov Rafiq Rəvvaq oğlu

Həbibov Asif Müslüm oğlu

İmanov Əli Şəmistan oğlu

Məmmədov Eldar Tapdıq oğlu

Rizayev Adail Aqadin oğlu

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Paşayeva Zəhra Qulam qızı

Zeynalova Kamilə Nəso qızı

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr  Məzahir Pənahov

Katib  Arifə Muxtarova

Katib  Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin