İQTİSADİYYAT
2014-cü ildə 26 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib
Bakı, 8 yanvar, AZƏRTAC
2014-cü ildə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 26 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, 2014-cü il ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 20,749 sığorta tələbi üzrə 26,833,000 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
2013-cü illə müqayisədə iştirakçı sığorta şirkətləri tərəfindən təmin olunmuş sığorta tələblərinin sayında 12,48 faiz, həyata keçirilmiş sığorta ödənişlərinin məbləğində isə 5,93 faiz artım müşahidə edilib.