DÜNYA
2014-cü ilin sonunadək dünya əhalisinin 25 faizi smartfondan istifadə edəcəkdir
Bakı, 29 iyun (AZƏRTAC). “eMarketer” analitik şirkətinin araşdırmalarına görə, 2014-cü ilin sonunadək smartfon istifadəçilərinin sayı ötən illə müqayisədə 25 faiz artaraq təxminən 1,76 milyarda çatacaqdır.
Analitiklərin proqnozuna görə, 2017-ci ilədək artıq dünyada yaşayan insanların 33 faizi smartfonlardan istifadə edəcəkdir.
Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə əhalisinin 50 faizi 2013-cü ildə smartfondan istifadəyə başlamışlar. Koreya Respublikasında yaşayanların 50 faizi hələ 2012-ci ildən bu qurğulardan istifadəyə başlamışdır.
Hazırda smartfon istifadəçilərinin sayına görə Çin dünyada birinci yerdədir. 2014-cü ildə onların sayı 521,7 milyon nəfər olacaqdır. 2018-ci ilədək Çin əhalisinin 50 faizi smartfonlardan istifadə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]