ELM VƏ TƏHSİL
2015-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri açıqlanıb VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının tarixləri açıqlanıb.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ikinci və üçüncü qruplar üzrə qəbul imtahanı mayın 17-də, birinci və dördüncü qruplar üzrə mayın 24-də keçiriləcək.
Birinci və dördüncü qruplar üzrə cari ilin məzunları üçün qəbul imtahanı iyulun 14-də, ikinci və üçüncü qruplar üzrə isə iyulun 25-də olacaq.
Qeyd edək ki, qəbul imtahanlarına ərizə qəbulu prosesi aprelin 1-dən 30-dək aparılacaq.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~owVaN