İQTİSADİYYAT
2016-cı ildə Azərbaycan 180-dən çox ölkə ilə ticarət həyata keçirib
Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC
2016-cı ildə Azərbaycan 180-dən çox ölkə ilə ticarət həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 19-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, xarici ticarət dövriyyəsində azalma müşahidə edilib. 2015-ci ildə ixrac 12 milyard 729 milyon dollar olduğu halda, ötən ilin yekunlarına görə bu göstərici 9 milyard 143 milyona düşüb.
A.Əliyevin sözlərinə görə, idxal əməliyyatları da 9 milyard 216 milyondan 8 milyard 323 milyona qədər azalıb. Dövlət Gömrük Komitəsinin isə əsas vergitutma bazası idxal əməliyyatları ilə bağlıdır.
Komitə sədri qeyd edib ki, bütün bunlar baş verən qlobal iqtisadi böhranla və neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır. Ancaq Dövlət Gömrük Komitəsi qarşısında duran proqnozu 26 faizdən yuxarı rəqəmlə yerinə yetirib.