Xocavənddə silah-sursat aşkar edilib VİDEO
Xocavənd, 17 fevral Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının bu günlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri nəticəsində erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib. Aşkarlanan 2 pulemyot, 1 avtomat, “Faqot”, müxtəlif çaplı 98 mərmi və 6290 patron, digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.