Azərbaycan Dövlət İnformasiya Agentliyi

2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları

2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları

2017-ci ildə dünyanı hansı siyasi proseslərin gözlədiyi barədə çoxlu sayda proqnozlar verilir. Onların əksəriyyətində qeyri-müəyyənliklər və risklər əsas yeri tutur. Lakin bir sıra mütəxəssislər məsələyə müsbət müstəvidə yanaşmağı təklif edirlər. Onlar böyük dövlətlər arasında problemlərin olduğunu unutmamaqla bu problemlərin həlli yollarını tapmaq zərurətini vurğulayırlar. Ancaq hətta bu cür pozitiv əhval-ruhiyyə belə qarşıda duran çətinlikləri arxa plana atmır. ABŞ-Rusiya-Aİ-Çin xəttində mövcud olan risklər və Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən müsbət dəyişmələr 2017-ci ildə də aktuallığını saxlayacaq. Rusiyalı analitik İvan Timofeyevin bu qənaəti üzərində bir qədər ətraflı dayanmağa ehtiyac vardır.

Geosiyasi qeyri-müəyyənlik, yaxud “müəyyənlik dəhlizi”: baxış bucağı

Bir qayda olaraq mütəxəssislər 2017-ci ildə beynəlxalq mühitdə geosiyasi proseslərin qeyri-müəyyənliklərlə dolu olacağını vurğulayırlar. Bunun fonunda böyük dövlətlər arasında münasibətlərin risklərlə xarakterizə olunacağı və faktiki olaraq xaotik situasiyanın yaranacağı haqqında proqnozlar verirlər. Lakin məsələyə konkret yanaşdıqda, 2017-ci ildə beynəlxalq səviyyədə siyasi mühitin hansı məzmun kəsb edə biləcəyi ilə bağlı fikir bildirməyə ciddi ehtiyacın olduğu tam aydın görünür.

Bu barədə bir sıra analitiklər artıq öz mövqelərini ifadə ediblər. Rusiyalı mütəxəssis İvan Timofeyevin həmin məsələ ilə əlaqədar apardığı analiz diqqətimizi çəkdi. O, 2017-ci ilin geosiyasi anlamda “müəyyənlik dəhlizləri”ndən bəhs edir (bax: Иван Тимофеев. Черные лебеди 2017 года / “Expert Online”, 13 yanvar 2017).

Konkret desək, analitik hesab edir ki, bu il bütün qeyri-müəyyənliklərə və xaotik trendlərə baxmayaraq, müəyyən aspektlərdə aydın hiss edilən istiqamətlərlə xarakterizə olunacaq. Lakin onlar “heç də sevindirici deyil və yığılan problemlərin yeni həllinə yaranmış ehtiyaclardan xəbər verirlər” (bax: əvvəlki mənbəyə). Dəqiq ifadə edilsə, bu o deməkdir ki, müəllif cari ildə qlobal geosiyasətdə pozitiv tendensiyalardan çox, vəziyyəti mürəkkəbləşdirən proseslərin üstünlük təşkil edəcəyi fikrindədir.

Bu bağlılıqda ilk növbədə ABŞ-Rusiya münasibətlərini xatırlamaq lazım gəlir. İ.Timofeyev hesab edir ki, Barak Obama administrasiyası iki ölkə arasındakı münasibətləri “geridönməzlik nöqtəsinə itələyir”. Bütövlükdə isə B.Obama dönəmində Amerika “tamamilə Rusiyanı itirdi” (bax: əvvəlki mənbəyə). Əlbəttə, Donald Trampın prezident seçilməsi mühüm hadisədir. Lakin məsələ bununla məhdudlaşmır. Çünki Vaşinqton Avropanın təhlükəsizlik problemlərini həll edən yeganə açar dövlətdir. Amerikanın iştirakı olmadan onun avropalı müttəfiqləri heç bir strateji xarakterli qərar qəbul etməzlər. Deməli, “Avropada siyasi turbulentlik” yalnız ABŞ-ın rolunu daha da möhkəmləndirir” (bax: əvvəlki mənbəyə).

Bu vəziyyəti düzəltmək üçün isə fraqmentar addımlar (məsələn, Rusiya ilə gərginliyin azaldılması) yetərli deyil Sistemli fəaliyyət göstərmək gərəkdir. Yəni Vaşinqton mövcud Rusiya-ABŞ münasibətlərinin müəyyən olunmuş çərçivəsindən kənara çıxmağa məcburdur. Özü də artıq ona düşmən olan Rusiyanın Pekinlə sıx əməkdaşlığa getməsi fonunda bunu etməlidir. D.Tramp, əslində, “şablonlardan kənara çıxmağı bacarır” (İ.Timofeyev). Bu səbəbdən 2017-ci ilin “müəyyənlik dəhlizləri”ndən biri ABŞ-Rusiya münasibətlərinə konstruktiv yön vermək üçün D.Trampın qeyri-standart addımları olacaq.

Müəllif vurğulayır ki, doğrudan da bunlar Moskvanın sərt xarici siyasət yeritməsi fonunda baş verir. Rusiyanın hansı strateji məqsədlər güddüyü elə də aydın deyil. Lakin faktdır ki, Kreml apardığı sərt siyasi xətlə öz marağını təmin edir və başqalarını da bununla hesablaşmağa məcbur edir (bax: əvvəlki mənbəyə). “Soyuq müharibə”dən sonra Rusiya Amerika ilə dialoqa tam açıq idi. Ona görə də Rusiyanın itirilməsi ilk növbədə Vaşinqtonun səmərəsiz siyasi xətti ilə izah olunmalıdır. “Rusiyanın itirilməsi ABŞ-ın “soyuq müharibə”dən sonrakı böyük diplomatik və dünyagörüşü məğlubiyyəti idi” (bax: əvvəlki mənbəyə).

Çıxış yolu və çətinliklər: riskli situasiyalardan dialoqa doğru

ABŞ-Rusiya münasibətlərinin bu cür məzmun kəsb etməsi beynəlxalq təhlükəsizlik üçün çox böyük fəsadlara yol aça bilər. O cümlədən Rusiya və NATO qüvvələrinin təmas sahələrində gərginliyin artması riski çoxalır. Başqa təhlükəli faktor lokal münaqişə zonalarında meydana çıxa biləcək gərginliklə bağlıdır.

Həmin məkanlarda Vaşinqtonla Moskvanın hərbi qarşıdurması ehtimalı da az deyil. Bu isə nəticədə ümumi səviyyədə təhlükəli proseslərin başlamasına rəvac verə bilər. Ən əsası isə, “tarazlıq sistemi və nüvə silahlarının nəzarəti mexanizmi - strateji sabitliyin əsas elementləri, dağılır” (bax: əvvəlki mənbəyə).

Bütün bunlara yeni bir təhlükə əlavə olunub - yeni çağırışlara qarşı birgə dayanmaq üçün qarşılıqlı əlaqələr mexanizmi itirilir (bax: əvvəlki mənbəyə). Beləliklə, “Rusiya ilə ABŞ arasında bilərəkdən, yaxud bilmədən hərbi toqquşma riski artır” (bax: əvvəlki mənbəyə). Etiraf edək ki, bu “müəyyənlik dəhlizi” kifayət qədər təhlükəli və faciəvidir. Çünki lokal toqquşmalar kütləvi gərginliklərə çevrilə bilərlər. Belə çıxır ki, müasir mərhələdə ABŞ-Rusiya dialoqu bütün dünya üçün əhəmiyyət daşıyır - sürətlə tənəzzül edən trendin istiqamətini dəyişmək lazımdır.

Məsələnin başqa tərəfi ABŞ-Rusiya münasibətləri fonunda Brüssel-Moskva əlaqələrinin cari ildəki taleyi ilə bağlıdır. Aİ-nin ABŞ-a təhlükəsizlik məsələsində ehtiyacı çox olduğundan, Rusiya-Aİ münasibətlərini Vaşinqtonun qoyduğu çərçivədən kənarda təsəvvür etmək çətindir. Hazırda bu istiqamətdə fikir ayrılıqları daha çoxdur, xüsusilə Ukraynaya görə Avropa İttifaqı ilə Rusiya arasında ziddiyyətlər vardır. Brüsselin Moskva ilə “seçici əməkdaşlıq” prinsipinə keçməsini ayrıca Kreml qəbul etmir. Buna görə də 2017-ci ildə Aİ-Rusiya əlaqələri arada olan fikir ayrılıqlarının nə dərəcədə aradan qaldırıla biləcəyi ilə sıx bağlıdır.

Bu kontekstdə mütəxəssislər Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın yaranmamasına xüsusi diqqət yetirirlər. Bunun obyektiv səbəbləri də vardır. Məsələn, Aİ-nin inkişaf səviyyəsi ilə Aİİ-nin inkişafı müqayisə edilməyəcək dərəcədə fərqlidir. Avropa İttifaqı Aİİ-ni Rusiyanın SSRİ-ni bərpa etməsi cəhdi kimi qəbul edir. Yəni, Brüssel Avrasiya İqtisadi İttifaqını faktiki olaraq siyasi kontekstdə qiymətləndirir. Mütəxəssislər məsələnin bu tərəfinə diqqət yetirərək 2017-ci ildə Aİ-Rusiya münasibətlərindəki “mövcud boşluqların” doldurula biləcəyinə inamsız yanaşırlar. Əvəzində, Moskva ikitərəfli qaydada Berlin, Paris və Roma ilə əlaqələri gücləndirə bilər.

Maraqlıdır ki, İ.Timofeyev Rusiya-Çin münasibətlərinin 2017-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə “Yeni İpək Yolu” layihəsi arasındakı hansı əlaqələrin qurulacağından xeyli dərəcədə asılı olacağını yazır (bax: əvvəlki mənbəyə). Məsələnin bu cür qoyuluşu həqiqətən düşündürücüdür. Çünki Moskva ilə Pekin arasındakı əməkdaşlığa artıq hər iki dövlətin liderlik etdiyi təşkilatlar aspektində yanaşmaq tamamilə yeni geosiyasi mühitdən xəbər verir. İlk növbədə Çin Rusiyanı həmin keyfiyyətdə qəbul edəcəkmi? Aydın deyil, çünki Aİİ maliyyə-iqtisadi və mədəni potensialı ilə “Yeni İpək Yolu” ilə müqayisədə çox zəifdir. Eyni zamanda, Çinin başladığı proyekt dünya miqyaslıdır, Aİİ isə hələ də tam regional legitimliyi olmayan bir təşkilatdır. Orada təcavüzkar və iqtisadi cəhətdən çox zəif Ermənistan kimi dövlət də var. Qırğızıstan da Mərkəzi Asiyanın (yeri gəlmişkən, Çinin birbaşa qonşusudur) ən zəif ölkələrindən biridir. Yəni belə bir vəziyyət Çini Aİİ qarşısında (xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı kontekstində) daha şanslı göstərir.

Nəhayət, müəllif 2017-ci ilin vacib proqnozlarından biri kimi Rusiya-Türkiyə münasibətlərində gözlənilən dəyişikləri göstərir. Bu məsələyə o, Yaxın Şərqdə geosiyasi mənzərənin yeniləşməsi prizmasından nəzər salır. İ.Timofeyev hesab edir ki, 2017-ci ildə Ankara-Moskva əlaqələri ciddi sınaqdan keçəcək. Çox şey Türkiyənin müstəqil regional lider olmaq xəttini nə dərəcədə ardıcıl həyata keçirəcəyindən asılı olacaq. Bütövlükdə Rusiya-Türkiyə əməkdaşlığının qlobal miqyasda “geosiyasi dəyəri” 2017-ci ildə yüksələcək (bax: əvvəlki mənbəyə).

Beləliklə, cari ildə xarici siyasət sahəsində daha çox problemlərin meydana çıxacağı ehtimalı yüksəkdir. Burada əsas geosiyasi faktorlar iyerarxik təsir gücünə malikdir. Onlar yekun halda qlobal geosiyasi prosesləri bu il də riskli və təhlükələrə həssas vəziyyətə sala bilərlər.

Elsevər Abdullayev

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib