Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

Tahir Oruc oğlu Balakişiyev

Əziz Behbud oğlu Əhmədov

Arzu Sədrəddin oğlu Məlikov

Şəmşir Cahangir oğlu Abbasov

Əlöysət Əsəd oğlu Əsədov

Nofəl Oktay oğlu Sultanov

Anar Qalib oğlu Qonçayev

Vüqar Əsgər oğlu Xankişiyev

Taleh Mirzə oğlu Nəsirov

Adil Şura oğlu Ağayev

Aydın Məmməd oğlu Lətifov

Eldar Kərim oğlu Kərimov

Abuzər Həsən oğlu Abdullayev

Həzi Əlmirzə oğlu Həziyev

Həsrət Əhməd oğlu Fərzəliyev

Famil Salman oğlu Quliyev

Qüdrət Abdulla oğlu Həsənov

Əfqan Əflan oğlu Almasov

Hacağa Hacbala oğlu Cəfərov

Mirzəağa Mirzəxan oğlu Şirinov

Azər Hətəm oğlu Həsənov

Tahir Tofiq oğlu Seyidov

Şakir Pünhan oğlu Ağayev

David Məmməd oğlu Xudaverdiyev

Damət Dilən oğlu Nəsibov

Əli Allahverdi oğlu Rzayev

Aydın Həmzə oğlu Nəzərli

Məhərrəm Əhməd oğlu Fərzəliyev

Ramazan Bilal oğlu Qasımov

Nikbin Fərəc oğlu Quliyev

Tural Tofiq oğlu Qənbərli

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin