Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyası Məclisinin 2018-ci il 19 fevral tarixli iclasının 1 saylı qərarı ilə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Rəşid Əsəd oğlu Abbasov

Ağakərim İsa oğlu Əzimov

Emin Aydın oğlu Əmirov

Hüseynağa Hənfə oğlu Quliyev

Ağaşirin Mirsahid oğlu Əhmədov

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin