Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ana Vətən Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ana Vətən Partiyası Ali Məclisinin 2019-cu il 26 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Ana Vətən Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

Həcərxanım Əsədağa qızı Məlikova

Seymur Şirvan oğlu Əliyev

Əlibala Məmmədyar oğlu Əsədov

Orxan Vahid oğlu Əhmədov

Nurəddin Əli oğlu Əmirov

Niyaməddin Həsən oğlu Səlimi

Röyal Etibar oğlu Heydərov

İdris Bulac oğlu Bədirov

Sultan Teyfur oğlu Mühbəliyev

Elnur Hacıməmməd oğlu Məmmədov

Valeh Abuturab oğlu Əzizov

Taleə Fikrət qızı Nəsibova

Nuray Rəhim qızı Əliyeva

İsmayılqurban Səlim oğlu Pənahlı

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Tünzalə Sədrəddin qızı İsmayılova

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin