Azərbaycan Dövlət İnformasiya Agentliyi

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi

Azərbaycan 2019-cu ildə bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edib. Faktların təhlili göstərir ki, bunun üçün ölkə rəhbərliyi mükəmməl siyasi kurs həyata keçirib. Vətəndaşların rifah halının yüksəlməsi, sosial təminat, əməkhaqları və pensiyaların artımı sahələrində ciddi yeniliklər baş verib. Bir sıra irimiqyaslı strateji regional layihələr reallaşdırılıb. Regional əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atılıb. Xarici siyasətdə əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan həm qonşuları, həm də Avropa və Asiya ölkələri ilə əlaqələri inkişaf etdirib. ABŞ-la strateji əməkdaşlıq yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Bu faktların prizmasından Azərbaycanın 2019-cu ildə müstəqil dövlət kimi fəaliyyətinin vacib məqamları üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Sosial dövlət: Azərbaycan səmərəli addımlar atır

Hər bir ölkə üçün il ərzində görülən işlərin təhlili önəm daşıyır. Bununla bütövlükdə dövlətin doğru yolda olub-olmadığı, hansı nöqsanların aradan qaldırılmalı olduğu müəyyən olunur. Eyni zamanda, gələcəyə daha inamla getmək üçün konkret addımları müəyyən etmək fürsəti yaranır. Azərbaycanda gedən proseslərin təhlili də olduqca vacibdir. Bu özəlliyi Prezident İlham Əliyev xüsusilə vurğulayıb.

Ölkə jurnalistlərinə ötən ilin dekabr ayında verdiyi geniş müsahibədə Azərbaycan Prezidenti ifadə edib: “2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.

Dövlət başçısının ilin hadisələrini ciddi təhlil etmək zərurətini vurğulaması çox əhəmiyyətli məqamdır. Bununla Azərbaycanda hər bir addımın dərin düşünülərək, analizlər apararaq, real situasiyanı elmi-proqnostik aspektdə öyrənərək atmağın lazım gəldiyi bir daha vurğulanır. Ölkə rəhbəri bunun fonunda gələn il üçün də uğurlu addımlar atmağın mümkün olduğunu ayrıca ifadə edib. Deməli, Azərbaycan hər bir dəyişikliyə hazırdır, baş verən proseslərə çevik reaksiya verməyə qadirdir.

2019-cu ildə Azərbaycanın həyata keçirdiyi proqramlar, daxili və xarici siyasətdə reallaşdırdığı planlar bu tezisin doğruluğunu tam təsdiq edir. Burada daxili siyasətlə xarici siyasət arasında mükəmməl ahəngin olduğunu da vurğulamaq gərəkdir. Bu iki istiqamət bir-birini tamamlayıb.

Onların müqayisəsi göstərir ki, Azərbaycan 2019-cu ildə hər iki istiqamətdə yeniliklər edib. Onlar sistem halında ölkənin daxili potensialını daha sürətlə inkişaf etdirməyə, konkret sahələr üzrə real nəticələr əldə etməyə, beynəlxalq miqyasda ölkənin nüfuzunu daha da artırmağa yeni imkanlar yaradıb. Yəni, 2019-cu il yalnız qarşıya qoyulan planların tam yerinə yetirilməsi ilə deyil, həm də sosial, iqtisadi, siyasi, mədəni, geosiyasi sferalarda yeni dəyərlərin yaradılması ilə xarakterizə olunub. Bu isə strateji aspektdə mühüm bir çalardır. Çünki faktiki olaraq, dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə etməkdədir.

Bu kontekstdə ilin mühüm hadisələri haqqında fikir yürütmək olar. Azərbaycan daxili siyasətdə - iqtisadi, sosial, əhalinin təminatı, əməkhaqlarının və pensiyaların artırılması sferalarında səmərəli addımlar atıb. Bununla bağlı ölkə rəhbəri vurğulayıb: “…biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir”.

Dünyanın ən inkişaf etmiş ölkələrinin belə maliyyə-iqtisadi böhranlar içində çapaladığı bir mərhələdə Azərbaycanın bu uğuru, əlbəttə, təqdirəlayiqdir. Onu da nəzərə almaq lazımdır ki, bu inkişaf Azərbaycanda neftin istehsalının bir qədər aşağı düşməsi fonunda baş verib. İlham Əliyev bu məqamı xüsusi qeyd edib: “Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır”.

Deməli, Azərbaycan rəhbərliyi kritik məqamlarda belə vəziyyətə yaradıcı yanaşa bilir, dövlət quruculuğunu səmərəli inkişaf etdirir. Rəqəmlərə nəzər salaq: “Qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir... Kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım vardır... İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artıb. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıb... Xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir... Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı, indi 50 milyard dollara çatıb”.

Bu aspektdə məsələ ancaq iqtisadi inkişafa nail olmaqdan ibarət deyil. 2019-cu ildə Azərbaycanda çox ciddi sosial-iqtisadi və idarəetmə islahatları həyata keçirildi. İndi ekspertlər ölkədə əməkhaqlarının və pensiyaların artım tempi ilə bağlı çoxlu sayda təhlillər aparırlar. Onlardan aydın olur ki, artıq bu proses dinamik şəkildə gedir. 2020-ci ilin ilk ayından pensiyaların daha 15 faiz artırılması nəzərdə tutulub. Buna nail olmaq üçün uğurlu siyasət həyata keçirmək şərtdir. Çünki ətrafda olan ölkələrin heç birində bu cür dinamika yoxdur. Bu, o deməkdir ki, Azərbaycan rəhbərliyinin siyasəti, sözün həqiqi mənasında, həm konseptual, həm də praktiki aspektdə uğurludur.

Regional əməkdaşlıq və təhlükəsizlik: xarici siyasətin iki mühüm aspekti 2019-da

Daxili siyasətdə əldə edilən bu uğurların fonunda xarici siyasətin bütün prioritet istiqamətlərində və enerji siyasətinin dinamik surətdə inkişaf etdirilməsində önəmli uğurlara imza atılıb. Belə ki, Azərbaycan 2019-cu ildə geosiyasi və geoiqtisadi əhəmiyyətli Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin Avropaya birləşən hissəsinin açılışını edib. Bu, bütövlükdə Avropanın da enerji təhlükəsizliyində vacib rol oynayacaq Cənub Qaz Dəhlizinin reallaşmasında olduqca mühüm hadisədir. Dövlət başçısı bununla bağlı ifadə edib: “TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə... TANAP layihəsi bizim strateji aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik... TANAP Avropa qaz kəmərinin - “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötübdür... Bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olubdur. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır”.

Əlbəttə, enerji layihələri ilə yanaşı, nəqliyyat proyektləri də ölkə üçün strateji əhəmiyyət kəsb edir. 2019-cu ildə Azərbaycan bu istiqamətdə tarixi addımlar atıb. Prezident xüsusi vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi olaydır. Bununla Əfqanıstandan başlayaraq Avropaya qədər uzanan böyük bir məkanda yük daşımalarında Azərbaycan ciddi rol oynamağa başlayıb. Bununla yanaşı, İlham Əliyev ayrıca vurğulayıb ki, Türkiyə ilə dəmir yolu əlaqəsi də meydana gəlib. Azərbaycan bu kimi layihələrlə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üçün Cənubi Qafqaz regionunda qovşaq rolunu oynamağa başlayıb. Bu da nəqliyyat-logistika xidmətinin geosiyasi dəyər səviyyəsinə çatdırılması anlamını verir. Proses təbii ki, davam etdiriləcək.

Yuxarıda vurğulanan uğurların prizmasından xarici siyasətdə atılan addımlar da kifayət qədər uğurlu görünür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakı qətiyyət nümayiş etdirərək, Ermənistanın yeni siyasi rəhbərliyinin təxribatçı addımlarının qarşısını alıb. Nikol Paşinyan və komandasının Xankəndidəki separatçı-terrorçuları da danışıqlara qatmaq planını pozub. Eyni zamanda, Azərbaycan regional miqyasda təhlükəsizliyin təmini və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atmaqda davam edib.

Bu kontekstdə Bakıda Türk dövlətlərinin və Qoşulmama Hərəkatına üzv ölkələrin sammitlərinin keçirilməsi xüsusi qeyd edilməlidir. Çünki bu tədbirlərdə dünyanın 130-a yaxın ölkəsi Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib və ayrıca olaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsi zərurətini sənədlərdə təsbit ediblər.

Azərbaycan 2019-cu ildə xarici siyasətində multikulturalizm, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun təşkili istiqamətlərinə önəm verməkdə davam edib. Bununla əlaqədar Prezidentin Bakıda keçirilən dünya dini liderlərinin zirvə toplantısı haqqında ifadə etdiyi fikirlər çox maraqlıdır. Ölkə rəhbəri vurğulayıb: “Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır və bu siyasətin çox sadə səbəbləri vardır. İlk növbədə bu siyasət və bu sahədə aparılan işlər, apardığımız siyasət daxili vəziyyətin sabitləşməsinə, sabit saxlanmasına xidmət göstərir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır... İkincisi, biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər - təkcə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıbdır. Mən tam əminəm ki, yalnız əməkdaşlıq hesabına biz xarici məqsədlərə nail ola bilərik”.

Beləliklə, Azərbaycan 2019-cu ildə daxili siyasətdə əldə etdiyi uğurlarla xarici siyasətdə nailiyyətlərə qovuşmaq prosesini uyğunlaşdıra bilib. Bütün istiqamətlərdə siyasətin hər iki aspekti bir-birini tamamlayıb. Bu isə gələcək uğurlarımızın müjdəçisidir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub