Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 183 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlu 2020-ci il fevralın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar qeydə alınmış namizədlə əlaqə saxlanılmış, onun həm araşdırmada, həm də Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək və digər hüquqları izah edilmişdir.

Qeydə alınmış namizəd A.Ə.Əsədli müraciətində bildirmişdir ki, səsvermə günü 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntuları barədə 2020-ci il fevralın 10-da dairə seçki komissiyasına rəsmi ərizə ilə müraciət etmiş, dairə seçki komissiyası müraciətə baxılmasının nəticəsi barədə ona məlumat verməmişdir. Elə bu səbəbdən də o, komissiyanın hərəkətsizliyindən Mərkəzi Seçki Komissiyasına şikayət etmişdir.

Dairə seçki komissiyası sədrinin izaha¬tın¬dan və dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli arayışından məlum olur ki, qeydə alınmış namizəd A.Ə.Əsədlinin müraciətinə 2020-ci il fevralın 10-da dərhal baxılmış, qərarın surətini onun səlahiyyətli nümayəndəsi Saleh Həsənov 2020-ci il fevralın 15-də götürmüşdür.

Beləliklə, qeydə alınmış namizəd A.Ə.Əsədlinin müra¬ciəti əsassız olduğundan onun təmin olunması üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiya¬larına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 fevral 2020-ci il tarixli 183 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr               Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin