Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyası Mərkəzi Şurasının 2020-ci il 31 yanvar tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Elçin Müqarib oğlu Səlimov

Fəranə Qafar qızı Məmmədova

Ruqiyyə Qafar qızı Məmmədova

Ruslan Fərman oğlu Əliyev

Hamlet Fərhad oğlu Seyidov

Qəhrəman Cəfər oğlu Mirzəyev

Vidadi Gülheydar oğlu Əsgər

İslam Habir oğlu Qəhrəmanov

Nail Ziyafət oğlu Qardaşov

Namiq Mais oğlu Sadıqov

Amil Zahir oğlu Beydullayev

Mürşüd Bəylər oğlu Bayramov

Elman Nurəddin oğlu Əsgərov

Elçin Mehman oğlu Vəlizadə

Rövşən Elşad oğlu Musayev

Nizami Qələndər oğlu Məmmədov

Şahmar Seyidağa oğlu Mahmudov

Fərid Cabbar oğlu Həsənov

Mahir Eldar oğlu Abdullayev

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin