CƏMİYYƏT
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 568 min e-arayış verilib
Bakı, 17 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə son 3 ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da vətəndaşlara sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə etmək imkanları yaradılıb.
Məlumata əsasən, ötən il həmin e-xidmətlər vasitəsilə 568 min e-arayış verilib. Ən çox müraciət “İş yerinə dair arayış” (266908 müraciət) və “Əlilliyə dair arayış” (220117 müraciət) e-xidmətlərinə olub. Həmçinin məşğulluğa, pensiya, müavinət və təqaüdlə təmin edilməyə dair e-arayış xidmətləri də ən çox müraciət olunan e-xidmətlər sırasındadır.