İDMAN


2022-ci ildə Ümumdünya Şahmat Olimpiadası Minskdə keçiriləcək

Bakı, 5 oktyabr, AZƏRTAC 

2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasına Minsk ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu qərar Gürcüstanın Batumi şəhərində Beynəlxalq Şahmat Federasiyası (FIDE) Baş Assambleyasının iclasında qəbul edilib.

Şahmat olimpiadasının bu ölkədə keçirilməsi barədə müraciətini Belarus FIDE-nin Prezident Şurasının bu ilin aprelində Minskdə təşkil olunan iclası zamanı vermişdi. Belarus müraciətlər müsabiqəsində Cənubi Koreya və Tunisi geridə qoyub.

Belarusun idman və turizm naziri Sergey Kovalçuk ölkəsinin imkanları barədə assambleya üzvlərinə məlumat verib.

2018-ci il Ümumdünya Şahmat Olimpiadası bu günlərdə Batumidə keçirilir. Minsk 2022-ci ildə təşkil ediləcək 45-ci Ümumdünya Şahmat Olimpiadasına estafeti 2020-ci ildə Xantı-Mansiyskdən qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.