Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü Sosioloji Tədqiqatlar Mərkəzinin “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü “exit-poll” keçirmək niyyətində olduğunu bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.

Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Komissiya “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nda nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, həmin təşkilatın səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Beləliklə, Sosioloji Tədqiqatlar Mərkəzinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalı, səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən qərara alır:

1. Sosioloji Tədqiqatlar Mərkəzinin müraciəti təmin edilsin və 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr             Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin