Kiyev gərgin günlər yaşayır: AZƏRTAC-ın xüsusi müxbirinin foto və video reportajı VİDEO
Kiyev, 26 fevral, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev çətin günlər yaşayır. Şəhər vaxtaşırı olaraq aviasiya və artilleriya zərbələrinə məruz qalır. Kiyevin metro stansiyaları şəhər sakinləri tərəfindən aviazərbələrdən qorunmaq üçün sığınacaq kimi istifadə olunur. Metrostansiyalar günün əksər saatlarında işləmir. Qatarlar çox qısa müddətdə xəttə buraxılır.
AZƏRTAC-ın Kiyevdəki xüsusi müxbiri şəhərdən və metro stansiyalarından görüntüləri təqdim edir.