Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, YAP üzvü olan MDU əməkdaşları və tələbələri iştirak ediblər.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyi barədə məlumat verib, YAP Mingəçevir şəhər təşkilatının sədri təyin olunması münasibətilə C.Yusibovu təbrik edib.

Yeni Azərbaycan Partiyasını ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün yaratdığı dəyərlərdən biri kimi xarakterizə edən Ş.Bayramov YAP-ın “Dünənin, bu günün və gələcəyin partiyası” devizi ilə ölkəmizdə və regionda ən böyük siyasi qüvvə kimi nüfuzunu davamlı gücləndirdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində icra olunur.

YAP-ın VII Qurultayında partiya Sədrinin proqram xarakterli çıxışından sitatlar gətirən Ş.Bayramov yeni mərhələdə partiyada aparılan islahatlardan və qarşıya qoyulan vəzifələrdən bəhs edib. YAP üzvü olmağın yaratdığı məsuliyyətdən danışan rektor partiyanın üzvü olan MDU əməkdaşları və tələbələrinin ölkə başçısının ətrafında sıx birləşdiklərini vurğulayıb.

İclasda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov partiya Sədrinin müvafiq göstəriş və tapşırıqları əsasında son dövrdə YAP-da aparılan islahatlar barədə ətraflı məlumat verib. Partiyanın ali idarəetmə orqanlarının, eləcə də şəhər və rayon təşkilatlarının yenidən formalaşdırılması, Veteranlar Şurası və Gənclər Birliyinin fəaliyyətinin təkmilləşdirilməsindən bəhs edən C.Yusibov YAP Mingəçevir şəhər təşkilatı qarşısında qoyulan vəzifələri diqqətə çatdırıb. Hesabat dövründə YAP Mingəçevir şəhər təşkilatının fəaliyyətində partiya üzvü olan MDU əməkdaşlarının və tələbələrinin fəal iştirakından məmnunluğunu ifadə edən C.Yusibov növbəti mərhələdə daha məhsuldar işbirliyi qurulacağına əminliyini bildirib.

Sonra MDU-nun dosenti Esmira Cəfərova YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının VII Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə geniş hesabat məruzəsi edib. Hesabat dövründə ərazi ilk partiya təşkilatının fəaliyyətinin əsasən təşkilatlanma işinə, Heydər Əliyev irsinin təbliğinə, partiya sıralarına qəbulun keyfiyyətinin yüksəldilməsinə, gənclərlə işin gücləndirilməsinə və digər vacib məsələlərə yönəldiyi qeyd olunub.

Ərazi ilk partiya təşkilatının sıralarında 239 nəfər partiya üzvünün birləşdiyi, onlardan 137 nəfərinin qadınlar, yarıdan çoxunun isə gənclər təşkil etdiyi bildirilib. Partiya üzvlərindən 36 nəfərinin müxtəlif sahələr üzrə alimlər olması xüsusi vurğulanıb.

Hesabat dövründə Universitetdə Ulu Öndərin doğum və anım günlərinə, xilaskarlıq missiyasına, Yeni Azərbaycan Partiyasının yaradılmasına, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara həsr olunmuş çoxsaylı tədbirlər keçirilməsi, sosial şəbəkələrdə təbliğat və maarifləndirmə xarakterli fəaliyyətlərin gücləndirildiyi bildirilib. Bütün bu işlərdə YAP üzvü olan universitetin professor-müəllim heyəti və tələbələrinin xüsusi fəallıq göstərdiyi diqqətə çatdırılıb.

Ərazi ilk partiya təşkilatı üzrə üzvlük haqlarının toplanması işinin mütəşəkkil qaydada həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, YAP üzvü olan MDU-nun gənc əməkdaşları və tələbələri 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə, COVID-19 pandemiyasına qarşı sosial dəstək, təbliğat və maarifləndirmə işlərində, vaksinasiya prosesində, Nəsimi və Nizami illəri çərçivəsində keçirilən çoxsaylı tədbirlərin təşkilində, könüllülük fəaliyyətində yüksək fəallıq nümayiş etdiriblər.

Hesabatda 5 saylı ərazi ilk partiya təşkilatının bütün üzvlərinin bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün səfərbər olacaqları bildirilib.

Müzakirələrdən və çıxışlardan sonra YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabat qənaətbəxş hesab olunub və yekdilliklə qəbul edilib.

Daha sonra ərazi partiya təşkilatının sədrinin və sədr müavinin seçilməsinə dair açıq səsvermə keçirilib. İclas iştirakçılarının yekdil qərarı ilə Şahin Bayramov YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının sədri, Esmira Cəfərova isə sədrin müavini seçiliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb