DÜNYA
Antalyada Türkiyə və Ukraynanın xarici işlər nazirləri arasında görüş olub VİDEO
Antalya, 10 mart, AZƏRTAC
Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirlər əvvəlcə ikitərəfli, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşüblər.
Qeyd edək ki, bu gün Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin vasitəçilik missiyası ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında üçtərəfli görüş keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya