Gədəbəydə qarın qalınlığı 40-50 santimetr təşkil edib VİDEO
Gədəbəy, 12 mart, R.Novruzoğlu, AZƏRTAC
Ötən gün axşam saatlarından baslayaraq qərb rayonlarına, xüsusilə də Gədəbəyə qar yağıb.
AZƏRTAC xəbər verir ki, Gədəbəydə qarın qalınlığı 40-50 santimetr təşkil edib. Yağıntı gecə düşdüyündən yollar buz bağlayıb, səhər avtomobillərin hərəkətində müəyyən çətinlik olsa da, artıq aradan qaldırılıb.
Hazırda qərb bölgəsində günəşli hava şəraiti müşahidə edilir.