Şuşada qarın hündürlüyü 30 santimetrə çatır VİDEO
Şuşa, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Dağlar gözəli Şuşa şəhəri ağ örpəyə bürünüb. Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son üç gündür Şuşaya fasiləsiz qar yağır. Havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir. Qarın hündürlüyü 30 santimetrə çatır.
Şuşa şəhərindən ən son görüntüləri təqdim edirik.