Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb VİDEO
Xızı, 17 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal rayonlarına 32 santimetrədək qar yağıb. Ən çox yağıntı Xızı rayonunun Altıağac qəsəbəsində qeydə alınıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 15 dərəcəyədək aşağı düşüb.
Qarın qalınlığı Qubanın rayon mərkəzində 3, Qırız kəndinə 16, Xaltanda isə 27 santimetrdir. Şabranda 2, Xaçmazda 1 santimetr qar yağıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səhər saatlarından başlayaraq Quba-Xınalıq yolu qardan təmizlənir. Ağır texnika və şəxsi heyətdən ibarət növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.