Şəmkirdə yük qatarı iki nəfəri vurub VİDEO
Şəmkir, 12 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Şəmkirdə yük qatarı iki nəfəri vurub. Hadisə bu gün Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, rayonunun Bayramlı kənd sakinləri - 18 yaşlı Aysel Həsənova və 19 yaşlı Nurcan Məmmədova dəmir yolu xəttini keçərkən onları qatar vurub.
Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən bildirilib ki, fakt üzrə araşdırma aparılır.