MƏDƏNİYYƏT
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Filarmoniyada da anılacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Ölkəmizin azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsinin anılacağı tədbirdə qəhrəman oğul və qızlarımızın ömür yolundan bəhs edən fotosərgi də açılacaq.
Vətənpərvərlik ruhunda bəstələnmiş bədii kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək tədbirdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]