REGİONLAR


20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinə qarşı törədilən qəsd idi

İsmayıllı, 19 yanvar, AZƏRTAC

İsmayıllıda Heydər Əliyev Mərkəzinin, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin və Mərkəzi Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.

İsmayıllı Regional Mədəniyyət idarəsinin mətbuat katibi Nurtan Əkbərli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, xalqımızın azadlıq uğrunda mübarizəsindən bəhs edən film göstərilib. Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Haşımov, MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Ruhiyyə Mirzəyeva, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov çıxış edərək, xalqımızın azadlıq tarixinə qanla yazılan faciə və onun səbəbləri barədə danışıblar. Qeyd olunub ki, 20 Yanvar qətliamı xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən, xaincəsinə təşkil olunan bir qəsd idi. Bu qəsd həm də sivil dünyaya, insanlığa yaraşmayan bir vəhşilik idi. Vurğulanıb ki, o vaxt yüzlərlə dinc, əliyalın insan qətlə yetirilib, ağır hərbi texnikanın tırtılları, təkərləri altında əzilib. Dəhşətlisi bu idi ki, ölən və yaralananlar arasında uşaqlar, qocalar və qadınlar da var idi.

Çıxışlarda Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyindəki bəyanatından, bu cinayəti törədənlərə qarşı ilk haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən, bu işdə Ümummilli Liderimizin öz həyatını belə təhlükəyə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.