20 Yanvar – Qanlı gecə
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar kitab sərgisi və fotoqalereya təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Bakı şəhər 7 nömrəli orta məktəbin şagird və müəllimləri iştirak ediblər.
Kitabxananın direktor müavini Ədibə İsmayılova, müəllimələrdən Tünzalə Şirinova, Gülgəz Həsənova, Nigar Əliyeva və Lalə Qurbanova 20 Yanvar hadisələri ilə bağlı şagirdlərə geniş məlumat verib, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu qeyd ediblər.
Uşaqlar sərgidə olan nəşrlərlə və fotoqalereya ilə yaxından tanış olublar.