Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar qırğınında erməni əli və ya Moskvaya 20 Yanvar tapşırıq-mesajı hələ bir həftə əvvəl Yerevandan verilmişdi

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı 20 Yanvar ərəfəsində daşnakların parlament səviyyəsində “hiyləgərlik diplomatiyası” yalanı M.Qorbaçova həqiqət kimi təqdim etməyi bacarmışdı. Lakin o zaman sayıq və tədbirli olmağı bacarmayan Azərbaycan rəhbərliyi, onun “diplomatiyası” hətta xalqımızın başına gətirilən ağır faciə və müsibətləri - acı, dəhşətli həqiqətləri belə həqiqət kimi tanıda biməmişdi.

...Həmin dəhşətli qırğının baş verə biləcəyini ən pis, pessimist ehtimalla belə düşünmədiyimiz ərəfədə rəsmi Bakı arxayınçılıqla, anlaşılmaz bir xülya ilə “möcüzə” gözləməkdə idi. Yerli hakimiyyət belə bir qənaətdə idi ki, Moskva hökmən Ermənistana, Yerevana qoşun yeridəcək. Çünki Dağlıq Qarabağ ətrafında hadisələr elə gərgin şəkil almışdı ki, nəinki mərkəzdə, hətta Ermənistanda da bunun qaçılmaz olduğunu düşünənlər az deyildi. Belə ki, 1989-cu ilin son və 1990-cı il yanvarın ilk günlərində ermənilər Qarabağda yalnız azərbaycanlılara deyil, sovet-rus hərbçilərinə qarşı da hücum və təxribatları xeyli genişləndirmişdilər. Erməni faşistləri tərəfindən həmvətənlərimizlə yanaşı, rus hərbçilərinin girov götürülməsi, amansızcasına qətlə yetirilməsi, kəndlərimizin dağıdılıb-məhv edilməsi, həmvətənlərimizə vəhşicəsinə divan tutularaq öldürülməsi, diri-diri yandırılması, mühüm obyektlərin, o cümlədən dəmir yollarının, körpülərin partladılması və s. hallar artmış, Ermənistanda və Qarabağda ruslara, Kreml rəhbərliyinə qarşı etirazlar, ixtişaşlar daha da güclənmişdi.

Ermənilər Dağlıq Qarabağın Azərbaycandan “alınıb” Ermənistana verilməyəcəyi təqdirdə Moskvanı SSRİ-nin tərkibindən çıxmaqla hədələyir, hətta bunun nümayişkaranə təsdiqi olaraq “Hayastan”ın Amerikanın yeni - 51-ci ştatı kimi qəbul edilməsi üçün ABŞ Prezidentinə müraciət də etmişdilər (hiyləgərliyə, “sabunsuz” diplomatiyaya bir baxın! Bu, ancaq xəyanətkar və hiyləgər erməni düşüncəsinin “bəhrəsi” ola bilərdi. SSRİ tərkibindən ayrılmaq istəyən, müstəqillik uğrunda mübarizə aparan heç bir digər xalqın - nə litvalıların, nə estonların, nə də biz azərbaycanlıların, hətta daha radikal olan gürcülərin də ağlına belə bir “orijinal ideya” gələ bilməzdi).

Bəs nə üçün ermənilərin özlərinin də sovet qoşunlarının Yerevana hücumunu gözlədiyi halda birdən-birə hər şey gözlənilənlərin əksinə olaraq məhz onların xeyrinə, Azərbaycanın isə növbəti dəfə faciəsinə səbəb olan tamam başqa xarakter aldı - qoşun Yerevana yox, Bakıya yeridildi?!

O zaman daşnakların 1988-ci ilin fevralında “uğurla” sınaqdan keçirdikləri “Sumqayıt ssenarisi” 1990-cı ilin ilk günlərində Bakıda da tətbiq olunmuşdu. Çünki Sumqayıtda olduğu kimi, Bakıda da həmin günlərdə gəncləri ermənilərə divan tutmağa, “qisas” almağa səsləyən neçə-neçə “qara plaşlılar” - erməni emissarları peyda olmuşdular. Azərbaycanca sərbəst danışan (onlar Bakı erməniləri olan daşnaklar idi) həmin “qara plaşlılar” gənclərimizi ermənilərə qarşı barışmaz olmağa çağırır, qətllər törətməyə, onları paytaxtdan qovmağa sövq etməyə çalışırdılar. Ermənilər Moskvanı bu hadisələri azərbaycanlıların törətdiklərinə inandıra, bunu mətbuatda kütləviləşdirməyə, siyasiləşdirməyə, dünya ictimai fikrini öz mənafeləri naminə dəyişdirməyə nail ola bildilər. Bizim o zamankı “durbinsiz diplomatiyamız”ın uzaqgörməzliyi, vətənpərvərlik ideyası ilə deyil, “qoz-fındıq” düşüncəsi ilə hərəkət edən respublika rəhbərliyinin siyasi diletantlığı, yalançı, həm də yabançı “kosmopolitizmi”, loyallığı şəraitində bu, ermənilər üçün heç bir çətinlik törətmirdi.

1987-1990-cı illərdə mən Azərbaycan KP MK-nın “Vışka” qəzetinin Naxçıvan muxtar respublikası və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri işlədiyimdən ermənilərin niyyətlərini və bizim haqqımızda fikirlərini öyrənmək, Qarabağ “münaqişə”si ilə bağlı onların, həmçinin Moskva jurnalistlərinin yazılarını izləmək məqsədi ilə o zaman Rusiyanın “Pravda”, “İzvestiya”, “Trud” qəzetləri ilə yanaşı, Ermənistanın rusca nəşr olunan “Kommunist” qəzetinə də abunə yazılmışdım. Bu qəzetin 1990-cı il 14 yanvar tarixli nömrəsinə nəzər yetirərkən ermənilərin Qarabağ məsələsində nə dərəcədə tədbirli olduqlarına, saxtakarlıq “dühalarına” heyrətlənməklə yanaşı, onlara hələ qədim dövrlərdən xas olan saxtakarlıqlarını nədənsə bu dəfə böyük bir “səhv”ə yol verərək gizlədə bilmədiklərini, özlərini açıq-aydın ifşa etdiklərini, yırtıcı, iblis maskalarının arxasında necə gizləndiklərini görə bildim. Yol verdikləri həmin səhvlə onlar bizə - Azərbaycana dünyaya danılmaz bir şəkildə bəyan edə bilməyimiz üçün nə cür “nadir bir şans” verdiklərini, çox qəribə də olsa, nədənsə ağıllarına gətirməmişdilər. Bəlkə də sonradan duyuq düşmüşdülər, erməni imicinə (əslində - murdar xislətinə) zərbə vurmuş qəzet redaktorunu və məsul katibi “erməniliyə yaraşmayan” siyasi səhlənkarlığa görə işdən də çıxarmışdılar. Ancaq bu, doğrudan da ermənilərin sayıqlığı əldən verdikləri çox nadir bir haldır.

Məsələ ondadır ki, qəzetin həmin nömrəsinin eyni səhifəsində, lap yuxarı hissəsində əsas informasiya olaraq SSRİ-nin satqın rəhbəri, başıbəla, xəyanətkar M.Qorbaçova ünvanlanmış rəsmi müraciətdə Ermənistanın 11-ci çağırış Ali Sovetinin sessiyasının “işində” fasilə verilməsi erməni hiyləgərliyi ilə, saxtakarlıqla bir cür yozulur, sessiya haqqında elə həmin səhifənin aşağısında dərc olunmuş rəsmi məlumatda isə tamam başqa cür - olduğu kimi əsaslandırılırdı.

“Armenpress”in rəsmi informasiyasında sessiya haqqında məlumatın sonunda qeyd olunur ki, deputat komissiyalarının “bəzi məsələlər” üzrə hazırlıq işlərinə yekun vurulması, Ermənistan SSR-in konstitusiyasına dəyişiklik edilməsi üçün təkliflərin hazırlanması məqsədilə Ermənistan SSR Ali Sovetinin sessiyasında fasilə elan edilmişdir. Həmin informasiyada Qarabağ və Ermənistan-Azərbaycan münasibətləri barədə bircə kəlmə də işlədilməmişdir.

Lakin bunun tam əksinə olaraq keçmiş SSRİ Ali Sovetinin bədnam sədri M.Qorbaçova ünvanlanmış müraciətdə Bakıda, eləcə də keçmiş Xanlar rayonunda, Azat, Getaşen və Kamo kəndlərində guya ermənilərin qırğınlara məruz qaldığı əsas gətirilərək, Ermənistan Ali Sovetinin sessiyasının öz işini dayandırmağa məcbur olduğu iddia edilir. Sonra da M.Qorbaçovdan “ermənilərin təhlükəsizliyinin təmin edilməsi, katastrofik nəticələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi” xahiş edilir. Bu, dövlət səviyyəsində, açıq-aşkar bir saxtakarlıqla Ermənistan SSR Ali Soveti tərəfindən edilən və təəssüf ki, təsirsiz ötüşməyən bir təklif olmuşdu.

Budur erməni hiyləgərliyi, analoqu olmayan erməni saxtakarlığı! “Katastrofik nəticələrin baş verməməsi” deyəndə, heç şübhəsiz ki, ermənilər də, elə M.Qorbaçov özü də bunun ermənilər üçün baş verməməsini nəzərdə tuturdular. Yoxsa, anormal yox, normal bir dövlət başçısı bütün varlığı-yoxluğu yalan, saxtakarlıq, yaltaqlıq və qeyri-ermənilərə qarşı qətl və təxribatdan ibarət olan nankor, satqın ünsürlərə görə Bakı kimi qədim, beynəlmiləl bir şəhərə qoşun yeridib, onun günahsız oğul və qızlarını al qanına qəltan edərdimi, guya qarşısını almaq istədiyi “katastrofik nəticələrin” daha ağır və daha “katastrofik”, dəhşətli formada baş verməsinə yol verərdimi?!

Qəzet 14 yanvar 1990-cı il tarixli olsa da, təbii ki, çapa bir gün əvvəl - ayın 13-də hazırlanmışdı və köməkçisi keçmiş Bakı ermənisi G.Şahnazarov olan M.Qorbaçova da elə həmin gün çatdırılmışdı. Məhz o gündən etibarən, ermənilərin xahiş etdikləri kimi - “təxirə salınmadan” Bakıya hücum hazırlığına başlanılmışdı. Qarşıdakı 6-7 gün bunun üçün kifayət idi və yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtında dəhşətli qırğın törədildi.

...Bu, növbəti qırğın idi. Qədim yurd yerlərimiz Göyçə və Zəngəzurdan, Əskərandan başlayaraq, Bağanis-Ayrımda, Əskiparada, Daşaltıda, Malıbəylidə və neçə-neçə el-obamızda respublikamızın bacarıqsız, Moskva qarşısında mütilik göstərən o vaxtkı qorxaq rəhbərlərinin qətiyyətsizliyi, prinsipsizliyi, xalqa xəyanətləri üzündən baş vermiş müdhiş bir qırğın...

Ermənilər 20 Yanvar faciəsinin təşəbbüskarları olduqlarını heç zaman inkar edə, qətiyyən dana bilməyəcəklər. Çünki Ermənistan “Kommunist”inin 14 yanvar 1990-cı il tarixli nömrəsi əsrlər boyu davam edən erməni riyakarlığının, saxtakarlığının inkaredilməz dəlil-sübutu kimi arxivlərdə qalmaqdadır.

Rəhman Orxan

Azərbaycanın Əməkdar Jurnalisti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq