Kiyevin raket atəşinə tutulması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb – Hadisə yerindən FOTO VİDEO
Kiyev, 29 aprel, AZƏRTAC
Aprelin 28-i axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinin raket hücumuna məruz qalması nəticəsində ölən və yaralananlar var.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi hissəsinə atılan raketlərin biri paytaxtın strateji infrastrukturuna, digəri isə yaşayış binasına zərər vurub. Şəhər meri Vitali Kliçko dağıntılar altından bir nəfərin cəsədinin tapıldığını bildirib. Hadisə nəticəsində yaralanan 10 nəfər xəstəxanaya yerləşdirilib. Rəsmilər qeyd ediblər ki, bina yeni olduğu üçün sakinlərin sayı az olub, ona görə itki də çox olmayıb.
AZƏRTAC hadisə yerindən video və fotoları təqdim edir.
Emil Hüseynli
AZƏRTAC ın xüsusi müxbiri
Kiyev