Çində bina dağıntısı altından 5 nəfər xilas edilib VİDEO
Pekin, 30 aprel, AZƏRTAC
Çinin Çanşa şəhərində çökən yaşayış binasının dağıntıları altında 5 nəfər xilas edilib.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, xilas edilənlər müayinə üçün dərhal xəstəxanaya çatdırılıblar. Hazırda itkin düşdüyü ehtimal olunanların axtarışları davam edir. Axtarış işlərinə 130-dan çox şəxsi heyət, onlarla texnika cəlb olunub.
Qeyd edək ki, aprelin 29-da günorta saatlarında Çanşa şəhərində yaşayış binası çöküb. Müvafiq icazə olmadan tikilmiş binada qəza vaxtı neçə sakinin olması barədə dəqiq məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]