DÜNYA
Xilasedicilər Kubada otelin dağıntıları altında qalanların axtarışını davam etdirir VİDEO
Bakı, 7 may, AZƏRTAC
Xilasedicilər, yanğınsöndürənlər, tibb işçiləri və polis Kubanın paytaxtı Havanada “Saratoga” otelinin dağıntıları altında sağ qalanların axtarışını davam etdirirlər.
AZƏRTAC xarici media orqanlarına istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altında hələ də insanların qaldığını deyirlər.
Son məlumata görə, oteldə baş vermiş partlayış nəticəsində aralarında bir uşağın da olduğu 22 nəfər həlak olub, 64 nəfər isə xəstəxanalara yerləşdirilib. İndiyə qədər 300-dən çox insan xəsarət alanlara yardım etmək üçün qan verib.
Xatırladaq ki, mayın 6-da səhər saatlarında Havana şəhərində yerləşən “Saratoga” otelində qaz sızması nəticəsində partlayış baş verib. Partlayışın dalğası qonşu binalara da ziyan vurub. Kubanın Turizm Nazirliyinin məlumatına görə, həlak olanlar arasında xarici ölkə vətəndaşları yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]