Qeyri-sabit hava şəraiti Türkiyədə bir sıra fəsadlar yaradıb VİDEO
Ankara, 8 may, AZƏRTAC
Türkiyənin müxtəlif bölgələrində qeyri-sabit hava şəraiti davam edir. Qar, sel, daşqınlar səbəbindən bir sıra yerlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
AZƏRTAC xəbər verir ki, yağan qar və yolların buzlanması Van-Hakkari avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Yolun bağlanması səbəbindən çox sayda nəqliyyat vasitəsi bölgədə hərəkətsiz qalıb.
Kastamonuda isə güclü yağış sel və daşqınlara səbəb olub. Bildirilir ki, Çatalzeytin, İnebolu, Bozkurt və Küre səmtlərində ümumilikdə ən azı 15 müvəqqəti istifadə olunan körpüyə zərər dəyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara