Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul şəxslərin 4-cü toplantısı keçirilib VİDEO

İstanbul, 14 may, AZƏRTAC

Mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Toplantı çərçivəsində nümayəndə heyətləri arasında media üçün qapalı şəraitdə görüşlər keçirilib.

Sonra tədbirin rəsmi hissəsi başlayıb.

Toplantıda çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qeyd edib ki, şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi. Biz informasiya cəbhəsində Azərbaycanla birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin qazanılmasına töhfəmizi verdik.

Bu tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini deyən F.Altun bildirib ki, TDT yarandığı gündən ötən 13 il ərzində təşkilat təkmilləşərək beynəlxalq quruma çevrilib. Liderlər bu təşkilatın inkişafı və birliyi istiqamətində mühüm addımlar atıblar. Ölkələrimizin birliyinin daha da möhkəmləndirilməsinə töhfəmizi verməliyik. Media sahəsinin inkişafı isə bu sahəni təmsil edənlərin əlindədir.

“Bu il keçirilən toplantı ilə müştərək yol xəritəmiz və yeni əməkdaşlıq imkanları dəyərləndirilir. Xüsusilə sosial mediada dezinformasiya ilə mübarizə toplantımızın əsas mövzularındandır. Təəssüflə qeyd etmək istərdim ki, biz bu dezinformasiyaya məruz qalan ölkələrdən biriyik. Bu çağırışla birgə mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir. Burada, eyni zamanda, televiziya və film sahəsi üzrə birgə layihələrimizin təkmilləşdirilməsi məsələləri də müzakirə olunacaq. Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası barədə addımların atılması nəzərdə tutulur. Türk coğrafiyasında son zamanlar baş verən mənfi hadisələr türk birliyinin vacibliyini bir daha ortaya qoydu. Bu gün türk dünyasına qarşı yönələn dezinformasiya “müharibəsinə” və “faşizminə” məruz qalırıq. Bu, bizim ortaq problemimizdir. Biz xüsusilə rəqəmsal platformalarda insanlığa xidmət edəcək yeni layihələri inkişaf etdirmək əzmindəyik. Dəyişməyən tək amil həqiqətdir və biz bunun qorunması üçün əlimizdən gələni edəcəyik”, - deyə F.Altun vurğulayıb.

Çıxışı zamanı 2021-ci ilin Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əhəmiyyətli il olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunun əsas səbəbinin İstanbul Sammitində təşkilatın məhz Türk Dövlətləri Təşkilatı adı altında təsis edilməsi olduğunu deyib.

O bildirib ki, həmin Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edildi ki, burada digər sahələrdə olduğu kimi, media və informasiya sahəsində də ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və tapşırıqlar qoyuldu.

Media sahəsi üzrə birgə işlərin daha sistemli və koordinasiyalı şəkildə aparılması üçün təşkilat daxilində yaradılan qrupun üzv ölkələr arasında birgə fəaliyyətin təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayan H.Hacıyev deyib ki, xüsusilə 2019-cu ildə VII Bakı Sammitində liderlərimiz tərəfindən qəbul edilən qərarlarla media, televiziya kimi sahələr üzrə əməkdaşlıq qarşımıza məqsəd kimi qoyulub. Türk dünyası olaraq bugünkü toplantıda çox mühüm məsələləri müzakirə etdik.

Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə dövlətinə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin köməkçisi ötən il keçirilən media forumunu xatırladaraq, onun ölkələrimiz arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil, eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli olduğunu bildirib.

Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə, əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə verdiyini diqqətə çatdıran Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.

“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, birgə səyləri sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

İnformasiyanın ölkələr arasında rəqabətin, mübarizənin ən mühüm alətlərindən birinə çevrilməsi müasir dövr üçün bu sahədə əməkdaşlığın nə dərəcə vacib istiqamət olduğunu göstərdiyini vurğulayan H.Hacıyev bildirib ki, Azərbaycanın tarixi və əzəli torpaqlarının 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal müddətində, həmçinin Vətən müharibəsinin 44 günlük gedişatında bu reallıqların şahidi olduq. Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki dağıntılarla bağlı obyektiv həqiqətlərin dünya mediasına daha səmərəli çatdırılması məqsədilə TDT-ya üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın media nümayəndəsinin iştirakı ilə 2021-ci il avqustun 30-dan sentyabrın 4-dək Azərbaycana xüsusi mediatur təşkil edildi. Mediatur çərçivəsində qonaqların Bakı ilə yanaşı Gəncəyə və işğaldan azad edilən ərazilərimizə, Şuşa, Cəbrayıl, Füzuli və Ağdama səfərləri təşkil olundu.

Qırx dörd günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə Respublikasına bir daha təşəkkür edən H.Hacıyev Vətən müharibəsi dövründə erməni lobbisinin informasiya sahəsində ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasında, saxta xəbərlərlə mübarizədə və Azərbaycanın haqq səsinin çatdırılmasında göstərdiyi dəstəyə görə Fahrettin Altuna və bütün Türkiyə mediasına da təşəkkürünü bildirib.

Azərbaycan-Türkiyə Media Platformasının fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin bütün təkliflərə açıq olduğunu bildirən Prezidentin köməkçisi ölkəmizin TDT-yə daxil digər qardaş və dost ölkələrlə də informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Müasir dövrün ən vacib informasiya alətlərindən birinin sosial media olduğunu vurğulayan H.Hacıyev deyib: “Sosial media platformalarında ölkələrimizə qarşı mənfi tendensiyaların, informasiya təxribatlarının, yalan məlumatların yayılmasının qarşısının alınması üçün bu sahədə əməkdaşlığımızın və fəaliyyətimizin əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada, sosial mediada birgə fəaliyyətimizin əlaqələndirilməsi üzrə işlək və çevik mexanizmlərin yaradılması faydalı olar. Bu məqsədlə, zəngin tarixi və mədəni irsimizin, görkəmli şəxsiyyətlərimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyət, bədii və sənədli filmlərin çəkilişi, şair və yazıçılarımızın əsərlərindən ibarət ortaq nəşrlərin hazırlanması, beynəlxalq media tədbirlərində birgə iştirak mühüm addımlardandır”.

Azərbaycan Prezidentinin köməkçisi Türk Dövlətləri Təşkilatının Audiovizual Şuralarının (qurumlarının) ilk forumunun bu ilin sentyabr-oktyabr aylarında Bakıda keçirilməsini təklif edib.

Toplantıya videomüraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda aparılmayıb, yazılı və vizual mediadan tutmuş sosial mediaya qədər bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə aparılıb.

Rəqəmsal faşizmin milyardlarla insanın dəqiq və qərəzsiz xəbər almaq hüququnu əngəlləyən təhlükəyə çevrildiyini qeyd edən Türkiyə Prezidenti xüsusən də nəzarət, yoxlama, qayda və etik dəyərlərin olmadığı sosial media kanallarının bütün cəmiyyətlər üçün ciddi risklər yaratdığını deyib.

TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirməkdir.

Tədbir “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serial-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclaslarla davam etdirilib.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılıblar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul şəxslərin 4-cü toplantısı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zirvələrdə dalğalanan qürurumuz: Prezident Kitabxanasında Bayraq Günü

Yasamal və Nizami rayonlarının bəzi küçələrində işıq olmayacaq

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

Qızıl və gümüş ucuzlaşır

Neft bahalaşıb

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fatmayıda yaşayış evində partlayış baş verib, 2 nəfər xəsarət alıb

Kuşner: Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələri də qoşula bilər

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Xınalıq kəndinə 15 santimetr qar yağıb

Korsika Fransadan muxtariyyət danışıqlarının bərpasını tələb edir

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis

Tramp Oval Ofisdə gələcək dəyişikliklərə məhdudiyyətlər qoyub

Sorğu: Makrona etimad səviyyəsi Ollandın rekord göstəricisindən də aşağı düşüb

Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları məhsuldar adlandırıb

Qətər ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar aparır

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

Vətən sevgisi və Zəfər qüruru məktəblilərin yaradıcılığında

“The Economist”: Ukrayna demoqrafik böhranla üzləşir

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4390 nəfərə çatıb

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb

Türkiyə parlamenti Məkkə Birgə Müdafiə Sazişini təsdiq edib

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm

ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib

Demokratların qələbəsindən sonra “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri 15 faiz ucuzlaşıb

Pakistanda yol qəzasında 11 nəfər ölüb, 33 nəfər yaralanıb

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Fransada 5 noyabr aksiyaları: CGT nümayişçilərin sayının 1,6 milyona çatdığını açıqlayıb

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir

Lənkəran Dövlət Dram Teatrı Lerik rayonunda “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

“Brexit” Britaniya şirkətlərinə dörd ildə 7,7 milyard funt-sterlinqə başa gəlib

Fransada kütləvi etirazlardan sonra hökumət həmkarlar ittifaqları ilə danışıqlara başlayır

Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub

Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib

Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş

Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər

Şimali Koreyanın müraciəti əsasında taekvondo UNESCO siyahısına salınmağa yaxındır

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun oğluna vəsiyyəti VİDEO

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun oğluna vəsiyyəti VİDEO

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası: Sədr müavinləri seçilib

Şəhərlərin gələcəyinə baxış - “AIREX 2026”dan FOTOREPORTAJ

Rusiya XİN vətəndaşlarına müvəqqəti olaraq İrana səfər etməməyi məsləhət bilib

Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə inklüziv konsert proqramı təşkil edilib VİDEO

Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə inklüziv konsert proqramı təşkil edilib VİDEO

QUAD ölkələrinin dəniz təlimləri başlayıb

Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi

Azərbaycanın voleybol klubu CEV Çelenc Kubokunun 1/16 finalına yüksəlib

“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO

“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO

Nazirlikdə Cibuti və Qvineya-Bisaunun nümayəndə heyətləri ilə görüşlər keçirilib

Bu saata olan əsas xəbərlər

Bakıda keçirilən BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin ilk iş günü yekunlaşıb

“A Bola”: Ronaldonun yığmanı tərk etməsi ilə bağlı qərarından baş məşqçinin xəbəri olmayıb

Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

Aykut Bülbül: Şəhərsalma layihələri şəhərin ümumi inkişaf strategiyasına uyğun həyata keçirilməlidir

Ena-Kameliya Məlikova: Brend rezidensiyalar premium yaşayış konsepsiyasını zənginləşdirir

Balakəndə 500 ədəd ağac əkilib

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub

Ana bətnində əməliyyat mümkündür? VİDEO

Ana bətnində əməliyyat mümkündür? VİDEO

“Auditoriyadan Zəfərə” - ADNSU-da şəhid məzunların xatirəsi yad edilib

Ağalıda payızın rəngləri, uşaqların təbəssümü...

Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər - PANEL SESSİYA

Bolnisidə məktəblilər Zəfər Gününü qeyd etməyə hazırlaşır

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Gəncədə amputant futbolçular mina təhlükəsinə qarşı maarifləndirmə təşəbbüsünə dəstək veriblər

“Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik - PANEL SESSİYA

Sumqayıtda yeniyetmələr rəqəmsal mühitdəki gizli narkotik riskləri barədə məlumatlandırılıb

Qəbələdə şəhid ailə üzvləri və qazilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvlərindən

Şəhid oğlu: Azad olunmuş torpaqlara hər səfər edəndə atamın döyüş yolu gözlərim önündə canlanır

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Elvin Quliyev: İkinci hissənin ilk dəqiqələrində komanda çətinliklə üzləşdi

Melaniya Trampla görüşdə Rusiyanı Yana Lantratova və Kirill Dmitriyev təmsil edəcəklər

Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb

Tatyana Poloskova: Makron Fransa tarixində ölkəni necə idarə etməməyin nümunəsi kimi qalacaq

® “Expressbank” “Felis 2026”da 2 qızıl mükafat qazanıb

Deputat: Zəngilan Aqroparkı kənd təsərrüfatı məhsullarının emalı və ixrac imkanlarını genişləndirəcək

Zaqatalada "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi açılıb VİDEO

Zaqatalada "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi açılıb VİDEO

İngiltərə Bankı üç ildən çox müddətdə ilk dəfə faiz dərəcəsini artırıb

“İçərişəhər” stansiyasında sosial aksiya keçirilib

Azərbaycanın futzal millisi Çexiya ilə heç-heçə edib

ADU-da “ABŞ seçkiləri: sonra nə olacaq?” mövzusunda müzakirə təşkil edilib

“Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim

Mərkəzi Bank Mikromaliyyə Mərkəzi ilə maliyyə sektorunda innovasiyaları müzakirə edib

Türk ekspert: Avropa ciddi sınaq qarşısındadır - RƏY

Azərbaycan ilə Estoniya arasında biznes forumların keçirilməsi barədə fikir mübadiləsi aparılıb

MDU-da şanlı Zəfərin altıncı ildönümünə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib

Milli ideologiya və dövlətçilik şüurunun təşviqində ailənin rolu

Zəfərin işığında: Gənclər Kitabxanasında şanlı tariximizə nəzər salınıb

Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin layihələri “AIREX 2026” sərgisində vahid stenddə təqdim olunur

® “Ziraat Bank Azərbaycan” maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib VİDEO