REGİONLAR


Şimal-qərb bölgəsinin 36 məktəblisi Respublika Fənn Olimpiadasında medal qazanıb

Şəki, 27 may, Mustafa Dadaşov, AZƏRTAC

2021-2022-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 7-si qızıl, 10-nu gümüş, 19-u isə bürünc medal qazanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkarlanması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.