MƏDƏNİYYƏT


Araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunub

Bakı, 29 may, AZƏRTAC

Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının “Gümüş medal”ı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, medal yazara 28 May – Müstəqillik Günündə I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Bakı Dövlət Universitetində keçirilən bağlanış mərasimində təqdim edilib.

Əkbər Qoşalı bu medala qardaş xalqlar arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, ötən ay Özbəkistan Yazıçılar Birliyinin fəxri, Türk Ədəbiyyatı Vəqfinin isə şərəf üzvü seçilən azərbaycanlı yazara bundan öncəki illərdə TÜRKSOY-un, eləcə də Qazaxıstanın, Qırğız Respublikasının medalları, habelə Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.