Çində şiddətli yağışlara görə bir şəhərin 5 mindən çox sakini təxliyə edilib VİDEO
Pekin, 1 iyun, AZƏRTAC
Çinin Hunan vilayətində yağan şiddətli yağışların törətdiyi fəsadlara görə Yoncou şəhərinin Lenşuyten rayonunun 5 mindən çox sakini təhlükəsiz yerə təxliyə edilib.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, bir neçə gündür davam edən şiddətli yağışlar nəticəsində şəhərin küçələrini su basıb, binaların zirzəmi və birinci mərtəbələrinə su dolub. Bəzi küçələrdə suyun səviyyəsi 2 metrə çatıb. Xeyli sakin, o cümlədən uşaq bağçasında təxminən 200 uşaq əlacsız qalıb. Sakinlərin təxliyəsinə yanğınsöndürənlər və hərbçilər cəlb olunub.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin