Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhərrəmsiz bir il...VİDEO

AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun əziz xatirəsi qəlbimizdə yaşayır

Bakı, 4 iyun, Abdulla Suvar, AZƏRTAC

Onsuz bir il yaman tez ötdü, sanki bir göz qırpımında gəlib keçdi. Bəlkə ona görə ki, biz Məhərrəmin yoxluğu ilə barışmadıq, onun ölümünə inanmadıq. Axı şəhidlər ölmür, şəhidlər tanrının sevdiyi bəndələrdi...

2021-ci ilin o müdhiş, qəlbimizi ağrıdan, ürəyimizi qana döndərən o 4 iyundan bizi 365 gün ayırır. Həmin gün Kəlbəcərin Susuzluq kəndindən gələn acı xəbər nəinki bizi, eləcə də bütün media dünyasını sarsıtdı. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində iyunun 4-də saat 11 radələrində tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Məhərrəm İbrahimov AZƏRTAC-da müxbir kimi əmək fəaliyyətinə başlayanda cəmi 22 yaşı vardı. On yeddi il - 2004-cü il sentyabrın 1-dən həmin faciəli hadisəyə qədər agentlikdə bir jurnalist, bir əsgər ömrü yaşadı. Azərbaycan Ordusunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələrdən xəbərlər hazırlanması ona həvalə olunmuşdu. O, bu çətin işin öhdəsindən bacarıqla gəlirdi.

Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olan Məhərrəm 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. Düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. O, daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdı. Sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirirdi. Dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ən yüksək mükafatını isə ölümündən sonra aldı: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini...

Xatirələrin izi ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir, ürək dağlayır. Sözlər, baxışlar, gülüşlər yenidən canlanıb heç bir qüvvənin geri qaytara bilməyəcəyi aləmə aparır insanı. Məhərrəmlə bağlı o qədər şirin, unudulmaz xatirələr var ki, bilmirəm, hansını yazım, hansını xatırladım?

O, şirin, həzin, həm də kövrək bir nəğmə kimi yaddaşımıza hopub. Nə qədər varıqsa, nə qədər yaşayacağıqsa bizimlə yol yoldaşı olacaq...

Məhərrəm olduğu məclislərə xüsusi şuxluq gətirərdi. Danışığı, təmkini, səbri, baməzə söhbətləri ilə hamının qəlbinə yol tapırdı.

O, AZƏRTAC-ın da, İkinci Qarabağ savaşının da ilk şəhid jurnalisti oldu. Məhərrəmin də daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini tarix özü verəcək. Zaman keçəcək, azad olunmuş torpaqlarımız yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər 30 illik işğalın dağıdıcı izini onların çəkdiklərindən, arxivləşdirdiklərindən, yazdıqlarından öyrənəcək.

Fikirləşirdim ki, işğaldan azad olunmuş torpaqları qarış-qarış gəzmiş ən çox məlumata malik jurnalist Məhərrəm olacaq. O yerlərlə bağlı bilmədiklərimizi ondan eşidəcəyik, çox təəssüf.. Deməli, qismət deyilmiş!...

Hərdən onunla xəyali söhbət edirəm. Eh... Məhərrəm, uşaqlığın qaçqınlıqla, gəncliyin yetimliklə, yetkinliyin ailə-uşaq, gün-güzəran qayğıları ilə keçdi. Sən hərbi jurnalist kimi peşəkarlaşan, bir ata kimi kamilləşən bir zamanda bu dünyaya “əlvida” dedin.

“Tarix yazırıq” deyirdin və bu gün özün də tarixə döndün. Bu gün sənin tarixləşən adına çox yerdə rast gəlmək olur. Bir vaxtlar gəzdiyin küçə hazırda sənin adını daşıyır, AZƏRTAC-ın binasında adına xatirə guşəsi yaradılıb, yaşadığın evin qarşısına xatirə lövhən vurulub...

Ölüm həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı, tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: “Axşam gündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır” deyirlər. Bilmirəm, bunu vaxtsız ölümlərə də aid etmək olar, ya yox?.

Hər səhər AZƏRTAC-dakı şəklinə salam verirəm. Hər dəfə çərçivədən boylanan şəklinə baxdıqca göz yaddaşımda işıqlı çöhrən, sifətinin kədəri, fərəhi, gülüşü, həsrəti, qulaq yaddaşımda səsin, sözlərin, danışığın, qəlbimdə sənli xatirələr yenidən canlanır.

Bu gün sənin və sənin timsalında canını bu Vətən üçün fəda etmiş yüzlərlə oğulun ruhu düşmən işğalından azad olunmuş o torpaqlarda dolaşır, rahatlıq tapır. Vaxt gələcək övladların Uğur və Toğrul da Qarabağda, elə sənin minaya düşdüyün o yerdə şəkil çəkdirib bütün dünyaya bir daha bəyan edəcəklər ki, bu torpağın əzəli və əbədi sakinləri bizik.

Vaxtsız ölüm, amansız düşmən fitnəsi imkan vermədi ömrün 40-na çatmağa. Sən hamının, elə bu qoca dünyanın da yaddaşında 39 yaşında qaldın. Təsəllimiz odur ki, sən heç də hər kəsə nəsib olmayan uca bir məqama - şəhidlik məqamına yüksəldin. Bu millətin savaş tarixində sənin də adın qalacaq. Bizə, dostlarına, doğmalarına toxtaqlıq verən də elə budur..

Məhərrəmsiz bir il...VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub

49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

SEPAH ABŞ-ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi Şəki və Qaxda anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır