Çində qatar relsdən çıxaraq aşıb: ölən və yaralananlar var VİDEO
Pekin, 4 iyun, AZƏRTAC
Çində sürətli qatarın relsdən çıxaraq aşması nəticəsində maşinist ölüb, bir bələdçi və 7 sərnişin xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin dəmir yolları qurumu açıqlama yayıb. Quyyan şəhərindən Quancou şəhərinə gedən qatar yerli vaxtla saat 10:30-da Quycou vilayətinin Roncian rayonunda relsdən çıxıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Qatarda olan digər 136 sərnişin təxliyə edilib. Qəzaya palçıq axınının səbəb olduğu bildirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb
- 07.08.2026 [15:24]