Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri ssenariyə uyğun olaraq, aşkarlanan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.
Döyüş atışlı taktiki təlimlərdə qarşıya qoyulan tapşırıqlar bölmələr tərəfindən müvəffəqiyyətlə icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 31.07.2026 [15:59]