Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın kollektivi şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini ehtiramla anıb VİDEO

Kəlbəcərin Susuzluq kəndində peşə fəaliyyətini yerinə yetirərkən həlak
olan həmkarımızın əbədiyyətə qovuşmasından bir il ötür

Bakı, 4 iyun, AZƏRTAC

Mətbuat tariximizə əlamətdar günlərlə yanaşı, acı günlər də yazılıb. Bir il əvvəl 2021-ci il iyunun 4-ü belə günlərdən biridir.

Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində həmin gün minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Bu faciəli hadisənin birinci ildönümü ilə əlaqədar AZƏRTAC-da anım mərasimi keçirilib. Mərasimdə şəhid jurnalist Məhərrəm İbrahimovun ailə üzvləri - həyat yoldaşı Bahar xanım, övladları Uğur və Toğrul da iştirak edirdi.

Əvvəlcə Məhərrəmin AZƏRTAC-dakı xatirə guşəsinin önünə gül dəstələri düzülüb, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə AZƏRTAC-ın kollektivi xüsusilə gücləndirilmiş iş rejimində çalışıb. Agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında gecə-gündüz çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini lentə alaraq arxivləşdiriblər. Onlardan biri də xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Məhərrəm İbrahimovdur.

Uzun illər agentlikdə Məhərrəm İbrahimovla birlikdə çalışmış əməkdaşlar çıxış edərək mərhum jurnalistlə bağlı xatirələrini bölüşüb, onun vətənpərvərliyindən və peşəsinə sonsuz bağlılığından söhbət açıblar.

Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam olunmuş Məhərrəm düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Müharibədən sonra isə onun sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. O, çəkiliş qrupunun tərkibində kəndbəkənd, ev-ev gəzərək Ermənistan silahlı dəstələrinin işğal altındakı ərazilərdə törətdikləri vəhşilikləri qeydə alırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib. AZƏRTAC-ın binasında Məhərrəmin xatirə guşəsi yaradılıb, eyni zamanda, Qarabağda uzun müddət fəaliyyət göstərən həmkarlarımızdan bəhs edən fotostend quraşdırılıb.

AZƏRTAC-ın rəhbərliyi və kollektivi şəhid jurnalistin xatirəsini əziz tutur, ailə üzvlərinə daim diqqət və qayğı göstərir.

Anım mərasimində Məhərrəmin həyat yolunun və müxbirlik fəaliyyətinin bəzi məqamlarından bəhs edən videoçarx nümayiş olunub.

Kollektivin üzvlərindən bir qrupu şəhid jurnalist Məhərrəm İbrahimovun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarını ziyarət edib. İş yoldaşlarının, doğmalarının, dostlarının iştirak etdiyi anım mərasimində Məhərrəmin məzarı önünə AZƏRTAC-ın kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.

Şəhidin qardaşı Əsgər İbrahimov, bacısı Sevda İbrahimova Məhərrəmin ömür yolundan danışıb, xatirəsinin daim əziz tutduqlarına, ailəsinə göstərilən diqqət və qayğıya görə AZƏRTAC-ın kollektivinə minnətdarlıqlarını bildiriblər.

İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm İbrahimov peşəkar jurnalist kimi AZƏRTAC-da formalaşıb, ordu həyatının işıqlandırılmasında yaxından iştirak edib, onun qaynar nöqtələrdən, hadisə yerindən hazırladığı reportajlar oxucular tərəfindən maraqla qarşılanıb.

Məhərrəmin verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsindən, həmçinin insani keyfiyyətlərindən danışan D.İsmayılov deyib: “O, 39 yaşında şəhidlik zirvəsinı ucaldı. Hamımız bu dünyadan köçəcəyik, bəlkə də çoxlarımızı xatırlamayacaqlar, ancaq Məhərrəm daim xatırlanacaq. Çünki şəhidlər ölmürlər, onlar qəlblərdə daim yaşayırlar”.

Şəhid jurnalistin məzarı önündə çıxış edən digər həmkarları da onunla bağlı xatirələrini dilə gətirib, doğmalarına səbir diləyiblər.

Bütün şəhidlərimiz kimi Məhərrəm İbrahimov da yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar müxbir kimi gördüyü işlər heç vaxt unudulmayacaq.

 

AZƏRTAC-ın kollektivi şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini ehtiramla anıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elvin Quliyev: İkinci hissənin ilk dəqiqələrində komanda çətinliklə üzləşdi

Melaniya Trampla görüşdə Rusiyanı Yana Lantratova və Kirill Dmitriyev təmsil edəcəklər

Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb

Tatyana Poloskova: Makron Fransa tarixində ölkəni necə idarə etməməyin nümunəsi kimi qalacaq

® “Expressbank” “Felis 2026”da 2 qızıl mükafat qazanıb

Deputat: Zəngilan Aqroparkı kənd təsərrüfatı məhsullarının emalı və ixrac imkanlarını genişləndirəcək

Zaqatalada "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi açılıb

İngiltərə Bankı üç ildən çox müddətdə ilk dəfə faiz dərəcəsini artırıb

“İçərişəhər” stansiyasında sosial aksiya keçirilib

Azərbaycanın futzal millisi Çexiya ilə heç-heçə edib

ADU-da “ABŞ seçkiləri: sonra nə olacaq?” mövzusunda müzakirə təşkil edilib

“Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim

Mərkəzi Bank Mikromaliyyə Mərkəzi ilə maliyyə sektorunda innovasiyaları müzakirə edib

Türk ekspert: Avropa ciddi sınaq qarşısındadır - RƏY

"Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş olub

Milli Müdafiə Universitetində keçirilən respublika elmi-praktik konfransı yekunlaşıb

Azərbaycan ilə Estoniya arasında biznes forumların keçirilməsi barədə fikir mübadiləsi aparılıb

MDU-da şanlı Zəfərin altıncı ildönümünə həsr olunmuş elmi-praktik konfrans təşkil edilib

Milli ideologiya və dövlətçilik şüurunun təşviqində ailənin rolu

Zəfərin işığında: Gənclər Kitabxanasında şanlı tariximizə nəzər salınıb

Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin layihələri “AIREX 2026” sərgisində vahid stenddə təqdim olunur

® “Ziraat Bank Azərbaycan” maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib VİDEO

AzTU komandaları Beynəlxalq STEM Olimpiadasının ölkə mərhələsində birinci olublar

Avropa Siyasi Birliyi Azərbaycan üçün Avropa dövlətləri ilə birbaşa siyasi təmasların qurulmasına şərait yaradan platformadır - ŞƏRH

Azərbaycan Yunanıstanla rəqəmsal inkişaf istiqamətində əməkdaşlığı müzakirə edib

Portuqaliya Futbol Federasiyası Ronaldunun şərəfinə vida mərasimi təşkil edəcək

AQTA sədri ilə FAO-nun rəsmiləri arasında görüş olub

Səməd Seyidov: Fransa və Almaniyada dövlət siyasəti ilə cəmiyyətin gözləntiləri arasındakı uçurum dərinləşib

Ağdamda Zəfər Gününə həsr olunmuş minifutbol turnirinə start verilib

Tərtərdə keçirilən aksiyalarda 650 ədəd ağac əkilib

“AI for Engineers” proqramı çərçivəsində təlimlər başlayıb

Binəqədidə 244 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsi əbədiləşdirilib

Hakimə hücum edən futbolçu bir il müddətinə diskvalifikasiya olunub

“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub

Fransada 2027-ci il büdcəsinə parlament zərbəsi: gəlirlər üzrə layihə 458 səslə rədd edilib

İlham Zəkiyev: Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim - ONUN HEKAYƏSİ VİDEO

İlham Zəkiyev: Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim - ONUN HEKAYƏSİ VİDEO

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub

Böyük Britaniyanın səfiri: Naxçıvan mühüm turizm və yaşıl enerji mərkəzinə çevrilə bilər

Kirayə mənzil mexanizmi çərçivəsində 1700 mənzil təminat qeydi əsasında əldə edilib

ATMU-nun 20 illik yubileyi qeyd olunub

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq

Ramil Tahirov: İpoteka kreditləşməsində təminat qeydi mexanizminin tətbiqi üçün qanunvericilik təkmilləşdirilməlidir

“Dağlar: biomüxtəliflik, landşaftlar və mədəniyyətlər” - Qərbi Kaspi Universitetində beynəlxalq konfrans

Şanlı tariximizin zəfər zirvəsi Polis Akademiyasında qeyd olunub

AYNA oktyabrın sonlarında 715 sahibkara 6993 xidmət göstərib

Professor Seyit Aydın: 44 günlük müharibə iştirakçılarının qəhrəmanlığı Türkiyə və Azərbaycan gəncləri üçün nümunədir

Paraqvayda Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş konfrans

Vətənpərvərlik və dövlətçilik əzminin təcəssümü - ADPU-da Zəfər Günü tədbiri

Avropanın siyasi xəritəsində baş verən dəyişiklik dərinləşən fikir ayrılıqlarının təzahürüdür- ŞƏRH

203 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təyin edilib

Vəkil köməkçilərinin reyestri istifadəyə verilib

“Biletim.az” portalı üzərindən bilet satışı 1,6 dəfə artıb

“Barselona” Rafinya ilə yeni müqavilə imzalayıb

® “Unibank” ağacəkmə kampaniyasında iştirak edib

Qəhrəmanlıq salnaməmizin qüruru - AzMİU-da Zəfər Günü qeyd olunub

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub

Estoniyanın IT şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib

Elşad Məmmədli: Daşınmaz əmlak sahəsində vahid mexanizmin tətbiqi dayanıqlı inkişaf üçün vacibdir

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib YENİLƏNİB VİDEO

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb

BMU-da Zəfər tarixi və milli həmrəylik mövzusunda tədbir təşkil olunub

Elşad Məmmədov: Mənzil bazarında hüquqi təhlükəsizliyin təmin olunması üçün təminat qeydi institutunun tətbiqi genişləndirilməlidir

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir

Autizmli uşaqlar Zəfər Gününə həsr olunan tədbirdə bacarıqlarını nümayiş etdiriblər VİDEO

Autizmli uşaqlar Zəfər Gününə həsr olunan tədbirdə bacarıqlarını nümayiş etdiriblər VİDEO

BDU ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında anlaşma memorandumu imzalanıb

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”: Bakı metrosunda fotosərgi

Aşqabadda “MAMA NATURE” beynəlxalq incəsənət sərgisinə ekskursiya təşkil olunub

Nazirlik rəsmisi: Tikinti tullantılarının 85 faizi təkrar emal olunaraq iqtisadi dövriyyəyə qaytarıla bilər

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

Numon Muhammadiyev: Dövlət qurumları cəmiyyət və ətraf mühit qarşısında da məsuliyyət daşımalıdır

Nəğməyə çevrilən Qələbə: Xor və orkestrin Zəfər töhfəsi

BMT Azərbaycana “ASAN xidmət”ə görə xüsusi sertifikat təqdim edib

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb

“Təmiz Şəhər”: Müasir texnologiyaların inkişafı Azərbaycanda tullantıların basdırılmasının minimuma endirilməsinə imkan verir

Ağdam rayonunda 3 milyon tona yaxın söküntü tullantısı var

Azərbaycan-Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb

“KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Luiz İnasio Lula da Silvaya

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçinin “Gündəliklər”ində

Media nümayəndələrinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İcraçı direktor: Süni intellektin effektiv tətbiqi üçün düzgün məlumat və kontekst əsas şərtdir

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 oktyabr tarixli 488-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycançılıq insanları etnik mənsubiyyətinə görə deyil, ortaq dövlətçilik və Vətən sevgisi ətrafında birləşdirir – ŞƏRH

Coğrafiya İnstitutunda iqlim dəyişmələri və hidroloji risklər araşdırılır

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

İsrailli politoloq: Avropa liderləri dünyanı xilas etməyə çalışırlar, amma öz xalqlarının etimadını itirirlər

“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Lana Morgoşia: Hökumətlər əməkdaşlıq və məsuliyyətli innovasiya mədəniyyətini təşviq etməlidirlər

Baş prokuror Abşeronda vətəndaşları dinləyib

Baş icraçı direktor: Qarışıq təyinatlı məkanların inkişafında müştəri ehtiyacları ilkin mərhələdən nəzərə alınmalıdır

Umud Mirzəyev: Etirazlar Avropa institutları üçün də ciddi məsuliyyət sınağıdır

“AzərEnerji” Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

“Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi”: Dəyirmi masa

Pakistan həbsxanalarından azad edilən 416 əfqan məhbus vətəninə qayıdıb

Riyaziyyatın anlamaəsaslı tədrisinə dair metodik vəsait hazırlanıb