Almaniyada qatarın aşması nəticəsində 5 nəfər həyatını itirib, 44 nəfər xəsarət alıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Almaniyada sərnişin qatarının qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib. Onların arasında ölkələrində gedən hərbi əməliyyatlarla bağlı evlərini tərk edən iki Ukrayna vətəndaşı da olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ukraynalı qaçqınlar Almaniyanın cənubunda onlara müvəqqəti sığınacaq verən ailələrdə yaşayırmışlar.
Hadisə Bavariyanın Qarmiş-Partenkirxen şəhərinin yaxınlığında baş verib. Naməlum səbəbdən üç vaqon relsdən çıxıb. Nəticədə 5 nəfər həyatını itirib, 44 nəfər isə xəsarət alıb.
Son üç ayda Ukraynadakı hərbi əməliyyatlar nəticəsində Almaniyaya 800 minə yaxın qaçqın gəlib.