Çində yerüstü raket əleyhinə müdafiə sisteminin sınaqları keçirilib VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Çin ordusu trayektoriyanın orta hissəsində hədəfi vurmaq üçün raketdən müdafiə sisteminin uğurlu sınağını həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ÇXR Müdafiə Nazirliyinin “Weibo” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılıb.
“Sınaqlarda nəzərdə tutulan məqsədə nail olunub. Sistem müdafiə xarakterlidir və heç bir dövlətə qarşı yönəlməyib”, - deyə qurumdan bildirilib.
Məlumata görə, sınaqlar iyunun 19-da baş tutub. Burada yerüstü raketdən müdafiə sistemindən istifadə etməklə trayektoriyanın orta hissəsində hədəfin vurulması texnologiyasından söhbət gedir. Məsələ ilə bağlı təfərrüatlar açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]