ELM VƏ TƏHSİL


Azərbaycan və Rumıniya arasında kollektiv idarəetmə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 28 iyun, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyində Rumıniya İfaçıların Hüquqlarının İdarəolunması Mərkəzinin (CREDIDAM) Baş direktoru Ştefan Gheorghiu ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, Agentliyin Aparatının rəhbəri Natiq İsayev qonağa Azərbaycanın əqli mülkiyyət sistemi və bu sahədə görülən genişmiqyaslı işlər barədə məlumat verib. O, ölkəmizdə aparılan institusional islahatlar nəticəsində əqli mülkiyyət sahəsində vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradıldığını qeyd edərək Agentliyin strukturu və fəaliyyət istiqamətləri barədə danışıb.

Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev ölkəmizdə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatların fəaliyyəti, əqli mülkiyyət sahəsində maarifləndirmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində görülən işlər haqqında məlumat verib.

Qəbul üçün təşəkkürünü bildirən Ş.Gheorghiu CREDIDAM təşkilatının fəaliyyətinə toxunub, ifaçıların əmlak hüquqlarının kollektiv idarəolunması, istifadəçi təşkilatlar ilə lisenziya müqavilələrinin hazırlanması prosesi və qonorarın toplanması sahəsində Rumıniya təcrübəsi barəsində ətraflı danışıb.

Görüşdə ölkəmizdə kollektiv idarəetmə sahəsində fəaliyyət göstərən təşkilatlarla CREDIDAM arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.