Qubadlı rayonunun Diləli Müskənli kəndi VİDEO

















Bakı, 29 iyun, AZƏRTAC
Qubadlı rayonunun Diləli Müskənli kəndi Bərgüşad çayının sol sahilində yerləşir.
Kənddə əkinçilik (əsasən tütünçülük və baramaçılıq) inkişaf etmişdi.
Qubadlı-Bakı magistralı bu kənddən keçirdi və rayonda yeganə səkisi olan kənd idi.
1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu.
2020-ci il noyabrın 7-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.